AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

Q Ə R A R

№ 171

Bakı şəhəri, 28 iyul 2008-ci il


«Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin immiqrant statusunun verilməsi barədə qərarının forması»nın və «Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin immiqrant statusunun verilməsi barədə qərarının formasının ciddi hesabat sənədi kimi uçotu Qaydaları»nın təsdiq edilməsi haqqında


«Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 719 nömrəli Fərmanının III bölməsinin 3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:


1. «Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin immiqrant statusunun verilməsi barədə qərarının forması» təsdiq edilsin (əlavə olunur).


2. «Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin immiqrant statusunun verilməsi barədə qərarının formasının ciddi hesabat sənədi kimi uçotu Qaydaları» təsdiq edilsin (əlavə olunur).


3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri          A. Rasi-zadə



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 28 iyul tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Azərbaycan  Respublikası  Dövlət  Miqrasiya Xidmətinin immiqrant statusunun verilməsi barədə qərarının formasının  ciddi hesabat sənədi kimi uçotu

Q A Y D A L A R I

 

1. Ümumi  müddəalar

 

Bu Qaydalar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin  immiqrant statusunun verilməsi barədə qərarının formasının (bundan sonra - qərar forması) ciddi hesabat sənədi kimi uçotu Qaydalarını  müəyyən edir.

 

2. Qərar formasının sifarişi, saxlanılması və alınma qaydası

 

2.1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi tələbata uyğun olaraq qərar formasının qanunvericiliyə uyğun sifariş edilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Qərar formasının hazırlanması ilə əlaqədar xərclər dövlət büdcəsindən maliyyələşdirilir.

2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi çap olunmuş qərar formasını Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin müraciətinə əsasən ona verilməsini  təmin edir.

 

3. Qərar formasının uçotunun aparılması

 

3.1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti hər rübdən sonrakı  ayın 20-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada rüb ərzində verilmiş qərar forması barədə hesabatı Maliyyə Nazirliyinə təqdim edir.

3.2. Qərar formasının uçotu ciddi hesabat sənədləri kimi, qanunvericilikdə nəzərdə tutulmuş qaydada Dövlət Miqrasiya Xidmətinin anbarında saxlanılmaqla aparılır və həmin forma Dövlət Miqrasiya Xidmətinin rəhbərinin icazəsi ilə anbardan təhtəlhesab şəxslərə  (icraçılara)  qaimə-faktura əsasında verilir. Maddi-məsul şəxslər Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi tərəfindən müəyyən edilir.

3.3. Qərar formasının ilkin uçotu qeydiyyat kitabında aparılır. Qərar formasının qeydiyyat kitabının səhifələri ardıcıl nömrələnməli, qaytanlanmalı və sonuncu səhifə Dövlət Miqrasiya Xidmətinin rəhbəri və baş mühasibi tərəfindən imzalanaraq möhürlənməlidir. Qeydiyyat kitabı kompüterlə aparıldıqda, məlumatlar hesabat dövrünün  sonunda (ay, rüb və ya il) yuxarıda göstərilən qaydada işlənilir.

3.4. Qərar formasının cırılmasına, ləkələnməsinə və onların üzərində düzəlişlər aparılmasına yol verilmir. 

3.5. Zədələnmiş və ya korlanmış qərar formaları Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən  Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qaytarılmalıdır.

3.6. Zədələnmiş və ya korlanmış qərar formalarının məhv edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.



«Azərbaycan Respublikası Dövlət Miqrasiya  Xidmətinin immiqrant statusunun verilməsi barədə qərarının forması»na 1 nömrəli əlavə


İmmiqrant statusunun verilməsi barədə qərar formasının spesifikasiyası


Qərar forması 150x210 mm ölçülü olmaqla, bir səhifədən ibarətdir. Kağızın tərkibi 100 faiz sellülozdan olan qərar forması  çoxçalarlı intaqlio və metalloqrafik üsulla çap olunur. Kağız və istifadə olunan boya qərar formasının lazer printerində çap olunması üçün müvafiq hərarət dərəcəsinə davamlı olmalıdır.

Qərar formasının üzərində görünən və görünməyən formada Azərbaycan Respublikasının simvolları, mərkəzi hissəsində böyüdülmüş formada yarımşəffaf şəkildə Azərbaycan Respublikasının Dövlət gerbi göstərilir.

Qərar formasının səthi hamardır. Kağızın tərkibində görünən flüoresent liflər vardır. Qərar formasının istehsalı üçün istifadə olunan kağız optik cəhətdən ultrabənövşəyi şüaları buraxmır. İstehsalında gilyoş, mikro çap və qabarıq çap üsullarından istifadə olunur.

Qərar formasının şəxsi məlumatlara aid hissəsi "göy qurşağı" çap üsulu ilə təsvir olunur. "QƏRAR" sözünün yazılışında optik dəyişən mürəkkəbdən istifadə edilir. Qərar formasının üzərində olan seriya və nömrələr maqnetik mürəkkəblə çap edilir. Qərar formasının bir sıra elementləri infraqırmızı optik mürəkkəblə təsvir olunur və qoruyucu əlamətlər qərar formasının üzərində proporsional şəkildə yerləşdirilir.

Qərar formasının üzərində Azərbaycan Respublikasının Dövlət gerbi və "DMX" akronimi həkk olunmuş kiçik ölçüdə holoqram və ya kineqram vardır.

Qərar forması üçün istifadə olunmuş kağız, boya və yapışqan ən azı on il öz keyfiyyətini və xüsusiyyətlərini saxlamalıdır.

    

 Aparatın rəhbəri       A.Hacıyev

 


«Azərbaycan Respublikası Dövlət Miqrasiya  Xidmətinin immiqrant statusunun verilməsi barədə qərarının forması»na 2 nömrəli əlavə


 

İmmiqrant statusunun verilməsi barədə qərar formasının təsviri


Qərar formasında aşağıdakı məlumatlar göstərilir:


qərar  sahibinin 3x4 sm ölçüdə, sifətin papaqsız (baş örtüksüz), gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş fotoşəkli;

qərar sahibinin şəklinin aşağı sağ küncündə Dövlət Miqrasiya Xidmətinin basılmış, qabarıq möhürü (mürəkkəbsiz ottiski);

qərar formasının Azərbaycan və ingilis dillərində mətni;

qərar formasının üç latın hərfindən (AZE) ibarət olan seriyası və yeddirəqəmli nömrəsi;

qərar sahibinin soyadı, adı, atasının adı, anadan olduğu  tarix və yer, vətəndaşlığı,

onun şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, etibarlılıq müddəti, sənədi verən orqanın adı;

qərarın verilmə tarixi;

qərar formasını verən səlahiyyətli şəxsin imzası və Dövlət Miqrasiya Xidmətinin gerbli möhürü.


Aparatın rəhbəri        A.Hacıyev