AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 169

Bakı şəhəri, 25 iyul 2008-ci il

 

 "Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA  ALIR:


1. "Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il,  № 9, maddə 755; 2005-ci il № 12, maddə 1224; 2007-ci il № 2, maddə 186; 2008-ci il,  № 2, maddə 120) 2-ci bəndi aşağıdakı redaksiyada  verilsin:

"Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2008-ci il iyulun 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:




Aylıq vəzifə maaşının məbləği (manatla)

1-ci kateqoriya dövlət orqanlarında

150

2-ci kateqoriya dövlət orqanlarında

140

3-cü kateqoriya dövlət orqanlarında

130

4-cü kateqoriya dövlət orqanlarında

120

5-ci kateqoriya dövlət orqanlarında

110

6-cı və 7-ci kateqoriya dövlət

orqanlarında

100

                                                                                                      "

2. Bu qərar 2008-ci il iyulun 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə