AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZIRLƏR KABINETI

QƏRAR

№ 152

Bakı şəhəri, 10 iyul  2008-ci il

Milli statusu almış və respublika əhəmiyyətli mədəniyyət müəssisələrinin işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin müəyyən edilməsi barədə

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Milli statusu almış mədəniyyət təsisatlarının və respublika əhəmiyyətli mədəniyyət müəssisələrinin (teatr müəssisələri istisna olunmaqla) işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə maaşlarına əlavələr bu qərarın 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilsin.

2. Aidiyyəti təşkilatlar üzrə bu məqsədlə tələb olunan əlavə xərclər həmin qurumlar üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilsin.

3. “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının işçilərinin əmək haqlarına əlavələr müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 17 sentyabr tarixli 172 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №9, maddə 863; 2006-cı il, №6, maddə 575) qüvvədən düşmüş hesab edilsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə bu qərarın icrası ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

5. Bu qərar 2008-ci il iyunun 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının

Baş naziri                                                            A. Rasi-zadə


Azərbaycan Respublikası Nazirlər
Kabinetinin  2008-ci il 9 iyul
tarixli 152 nömrəli qərarına
1 nömrəli əlavə

 

Milli statusu almış mədəniyyət təsisatlarının və respublika əhəmiyyətli mədəniyyət müəssisələrinin işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş

Ə L A V Ə L Ə R

 

1. Milli statusu almış müəssisələr üzrə:

1-4-cü dərəcələr üzrə   - 30 manat

5-7-ci dərəcələr üzrə - 40 manat

8-11-ci dərəcələr üzrə - 50 manat

12-15-ci dərəcələr üzrə - 60 manat

16-17-ci dərəcələr üzrə - 90 manat

18-19-cu dərəcələr üzrə - 100 manat

 

 

2. Respublika əhəmiyyətli mədəniyyət müəssisələri üzrə:

 

1-4-cü dərəcələr üzrə   - 10 manat

5-7-ci dərəcələr üzrə    - 20 manat

8-11-ci dərəcələr üzrə - 30 manat

12-15-ci dərəcələr üzrə - 40 manat

16-17-ci dərəcələr üzrə - 50 manat

18-19-cu dərəcələr üzrə - 60 manat

Aparatın rəhbəri                                                       A.Hacıyev

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 
2008-ci il 9 iyul tarixli
152 nömrəli qərarına
2 nömrəli əlavə

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə maaşlarına müəyyən edilmiş

 Ə L A V Ə L Ə R 

1-ci dərəcə üzrə                     - 60 manat

2-ci dərəcə üzrə                     - 63 manat

3-cü dərəcə üzrə                    - 66 manat

4-cü dərəcə üzrə                    - 69 manat

5-ci dərəcə üzrə                     - 72 manat

6-cı dərəcə üzrə                     - 75 manat

7-ci dərəcə üzrə                     - 78 manat

8-ci dərəcə üzrə                     - 81 manat

9-cu dərəcə üzrə                    - 84 manat

10-cu dərəcə üzrə                  - 89 manat

11-ci dərəcə üzrə                   - 94 manat

12-ci dərəcə üzrə                   - 100 manat

13-cü dərəcə üzrə                  - 106 manat

14-cü dərəcə üzrə                  - 115 manat

15-ci dərəcə üzrə                   - 125 manat

16-cı dərəcə üzrə                   - 145 manat

17-ci dərəcə üzrə                   - 200 manat

18-ci dərəcə üzrə                   - 250 manat

19-cu dərəcə üzrə                  - 425 manat


Aparatın rəhbəri                                                       A.Hacıyev