Keçidlər

Prezident Milli Meclis Azərbaycan portali Azərbaycan qəzeti Azərtag

Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə

03.05.2013

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

 № 75

 Bakı şəhəri, 3 may 2013-cü il

Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə

 "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Yardımlı, Lerik və Cəlilabad rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədi ilə tikili və qurğuların inşa ediləcəyi əraziləri dövlət ehtiyacları üçün alan orqan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti müəyyən edilsin.

2. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tapşırılsın ki, bu qərarın 1-ci hissəsində nəzərdə tutulan şəhər və rayonlarda torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə