Keçidlər

Prezident Milli Meclis Azərbaycan portali Azərtac Azərbaycan qəzeti

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında

10.05.2011

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

 QƏRAR

 № 71

 Bakı şəhəri, 10 may 2011-ci il

 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında

 "Statistika haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 fevral tarixli 360 nömrəli Fərmanının 2.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının səlahiyyət müddətinin bitdiyini nəzərə alaraq, onun yeni tərkibi təsdiq edilsin:

 Şuranın sədri

Vəliyev Arif Mikayıl oğlu - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

 Şuranın üzvləri:

Muradov Ədalət Cəlal oğlu  - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin iqtisadi  siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri

Hüseynov Ramiz Nobil oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin büdcə şöbəsi müdirinin müavini

Vəliyev İlkin Etibar oğlu - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi  şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi rəisinin müavini, Kommersiya  hüquqi şəxslərin dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun təşkili idarəsinin rəisi

Usubov Aqil Şamil oğlu - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Statistika və informasiya texnologiyaları baş idarəsinin Statistik uçot və tədqiqatlar idarəsinin rəisi          

Cəfərov Elşən Firad oğlu - Azərbaycan Respublikası Mərkəzi Bankının Statistika departamentinin direktoru

Tağıyev Çingiz Həsən oğlu - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbənin müdiri (razılıq əsasında)

Əfəndiyev Məmmədəli Əmir oğlu - Azərbaycan Respublikası Sahibkarlar(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi (razılıq əsasında)

Yaqubov Sakit Məmədi oğlu - Azərbaycan Dövlət İqtisad Universitetinin Statistika kafedrasının müdiri

Paşa Tanrıverdi Əhməd oğlu - Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun maliyyə, pul- kredit siyasəti şöbəsinin müdiri

İsmayılov Dağbəyi Mirzəxan oğlu - Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktorunun müavini

Əliyev Qasım Fərhad oğlu - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistika işlərinin əlaqələndirilməsi şöbəsinin baş məsləhətçisi - Statistika Şurasının katibi

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə