Keçidlər

Prezident Milli Meclis Azərbaycan portali Azərtac Azərbaycan qəzeti

Avropa İttifaqının Azərbaycan Respublikasına Beynəlxalq Texniki Yardımı üzrə Koordinasiya Bürosunun məsələləri barədə

09.02.2010

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 32

 Bakı şəhəri, 9 fevral  2010-cu il

 Avropa İttifaqının Azərbaycan Respublikasına Beynəlxalq Texniki Yardımı üzrə Koordinasiya Bürosunun məsələləri barədə 

 Avropa İttifaqı ilə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini, Avropa Qonşuluq Siyasəti, habelə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avropa İttifaqı tərəfindən Azərbaycana edilən yeni yardım proqramları və yardım alətləri ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi və bu sahədə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə paralel fəaliyyətin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Avropa İttifaqının Azərbaycan Respublikasına Beynəlxalq Texniki Yardımı üzrə Koordinasiya Bürosu ləğv edilsin.

2. Ləğv edilmiş Avropa İttifaqının Azərbaycan Respublikasına  Beynəlxalq Texniki Yardımı üzrə Koordinasiya Bürosunun əmlakı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin balansına verilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarları qüvvədən düşmüş hesab edilsin:

3.1. «Avropa İttifaqının Azərbaycan Respublikasına Beynəlxalq Texniki Yardımı üzrə Koordinasiya Bürosunun təşkil edilməsi barədə» 1992-ci il 22 oktyabr tarixli 576 nömrəli qərarı;

3.2. «Avropa İttifaqının Azərbaycan Respublikasına Beynəlxalq Texniki Yardımı üzrə Koordinasiya Bürosunun Əsasnaməsinin təsdiq edilməsi haqqında» 2003-cü il 8 aprel tarixli 46 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 4, maddə 218; 2006-cı il, № 9, maddə 826);

3.3. «Avropa İttifaqının Azərbaycan Respublikasına Beynəlxalq Texniki Yardımı üzrə Koordinasiya Bürosunun potensialının artırılması haqqında» 2004-cü il 24 may tarixli 72 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 5, maddə 388); 

3.4. «Avropa İttifaqının Azərbaycan Respublikasına Beynəlxalq Texniki Yardımı üzrə Koordinasiya Bürosunun bəzi məsələləri barədə» 2006-cı il 20 sentyabr tarixli 213 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 826).

4. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsinlər.

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə