Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

"Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 may tarixli 204 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

11.10.2017

AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 420

Bakı şəhəri, 11 oktyabr 2017-ci il

"Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 may tarixli 204 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1469 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 may tarixli 204 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 779) ilə təsdiq edilmiş "Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası"nın 1.4-cü bəndinə "obyektlərinin" sözündən sonra "("İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla)" sözləri əlavə edilsin və "Azərbaycan Respublikasının Nazirlər Kabineti" sözləri "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə