Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 avqust tarixli 310 nömrəli qərarı ilə təsdiq edilmiş "Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası"nda dəyişikliklər edilməsi barədə

31.08.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 360

Bakı şəhəri, 31 avqust 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 avqust tarixli 310 nömrəli qərarı ilə təsdiq edilmiş "Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası"nda dəyişikliklər edilməsi barədə

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 588-VQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 may tarixli 2937 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 avqust tarixli 310 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1447) ilə təsdiq edilmiş "Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası"nın 4.1-ci bəndinə "şəxslər" sözündən sonra "və dövlət qurumları" sözləri, 4.2-ci bəndinə "şəxsə" sözündən sonra "və ya dövlət qurumuna" sözləri, 4.3-cü bəndinə isə "şəxs" sözündən sonra "və ya dövlət qurumu" sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə