Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

"Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 dekabr tarixli 377 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

31.08.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 359

Bakı şəhəri, 31 avqust 2017-ci il

"Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 dekabr tarixli 377 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Toxumçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 607-VQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2917 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 dekabr tarixli 377 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1575) ilə təsdiq edilmiş "Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.5-ci bənddə "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Toxumun sertifikatlaşdırılması laboratoriyası" sözləri "akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar" sözləri ilə əvəz edilsin.

2. 4.1-ci bəndin ikinci cümləsində "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Toxumun sertifikatlaşdırılması laboratoriyasının" sözləri "akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə