Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

"Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Qaydası"nın və lisenziya, ümumi lisenziya, xüsusi lisenziya blanklarının və əlavələrinin formalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 avqust tarixli 295 nömrəli qərarında dəyişiklik edilməsi barədə

25.08.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 340

Bakı şəhəri, 25 avqust 2017-ci il

"Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Qaydası"nın və lisenziya, ümumi lisenziya, xüsusi lisenziya blanklarının və əlavələrinin formalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2016-cı il 5 avqust tarixli 295 nömrəli qərarında dəyişiklik edilməsi barədə

"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 541-VQD nömrəli Qanununun tətbiqi və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1318 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Qaydası"nın və lisenziya, ümumi lisenziya, xüsusi lisenziya blanklarının və əlavələrinin formalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2016-cı il 5 avqust tarixli 295 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1433) aşağıdakı məzmunda 8-ci hissə əlavə edilsin:

"8. "Sellülar (mobil) rabitə xidmətlərinə (texnoloji standartın adı göstərilməklə) lisenziya" blankının forması təsdiq edilsin (9 nömrəli əlavə).".

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 25 avqust tarixli 340 nömrəli qərarı ilə

təsdiq edilmişdir. 9 nömrəli əlavə

 

 

SELLÜLAR (MOBİL) RABİTƏ XİDMƏTLƏRİNƏ

(TEXNOLOJİ STANDARTIN ADI GÖSTƏRILMƏKLƏ)

 LİSENZİYA

 

Qeydiyyat nömrəsi __________                            "___" ____ ____ il

_______________________________________________________ (lisenziya verən orqanın adı)

_______________________________________________________

(lisenziya verən orqanın ünvanı)

_______________________________________________________

(lisenziya verilən fəaliyyət növü)

_______________________________________________________

_______________________________________________________

________________________________ həyata keçirməyə icazə verir.

 

Lisenziya verilib _________________________________________

                             (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və nümayəndəliyinin adı _______________________________________________________

və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, VÖEN)

_______________________________________________________

lisenziyanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə)

_______________________________________________________

 

Lisenziyanı imzalayan vəzifəli şəxs __________________________

("İnzibati icraat haqqında" Azərbaycan Respublikası

_____________________________________________________________

Qanununun 59.1.4-cü maddəsinin tələbləri nəzərə alınaraq adı və soyadı)

 

Vəzifəsi ________________________________________________

 

_____________________

(imzası)

Qeyd. Bu lisenziya "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 19.8-1-ci maddəsində nəzərdə tutulan lisenziya müqaviləsi bağlanılmadığı halda hüquqi nəticələr yaratmır.

 

M.Y.