Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 sentyabr tarixli 347 nömrəli qərarı ilə təsdiq edilmiş "Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında

25.08.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 339

Bakı şəhəri, 25 avqust 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 sentyabr tarixli 347 nömrəli qərarı ilə təsdiq edilmiş "Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında

"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 541-VQD nömrəli Qanununun tətbiqi və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1318 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 sentyabr tarixli 347 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1574) ilə təsdiq edilmiş "Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması Qaydası"nın 3.2.5-ci yarımbəndində "icazənin" sözü "lisenziyanın (icazənin)" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə