Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına "Akademik" statusunun verilməsi haqqında

16.08.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 331

Bakı şəhəri, 16 avqust 2017-ci il

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına "Akademik" statusunun verilməsi haqqında

"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına "Akademik" statusu verilsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.

3. Bu qərar 2018-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə