Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda dəyişikliklər edilməsi barədə

14.08.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 328

Bakı şəhəri, 14 avqust 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda dəyişikliklər edilməsi barədə

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 611-VQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2919 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, №4, maddə 440, № 11, maddə 1513; 2015, № 5, maddə 665; 2016, № 3, maddə 615, № 5, maddə 955, № 9, maddə 1563, № 10, maddə 1733; 2017, № 1, maddə 123) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.23-cü yarımbənddə "məhsulların (işlərin, xidmətlərin)" sözləri "malların (xidmətlərin, işlərin)" sözləri ilə əvəz edilsin.

2. 2.1.24-cü yarımbənddə "məhsulun müəyyən edilmiş tələblərə" sözləri "malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartla, texniki reqlamentlə və digər normativ hüquqi aktla müəyyən olunmuş tələblərə" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə