Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarı ilə təsdiq edilmiş "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri"ndə dəyişiklik edilməsi barədə

02.08.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 315

Bakı şəhəri, 2 avqust 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarı ilə təsdiq edilmiş "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri"ndə dəyişiklik edilməsi barədə

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 560-VQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli 2873 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 826; 2002, № 10, maddə 637; 2003, № 9, maddə 523; 2005, № 8, maddə 780; 2006, № 6, maddə 563, №11, maddə 998; 2007, № 9, maddə 924; 2008, № 4, maddə 303, № 10, maddə 939; 2011, № 4, maddə 362; 2015, № 12, maddə 1578; 2016, № 4, maddə 828; 2017, № 5, maddə 970) ilə təsdiq edilmiş "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri"nin cədvəlinin ikinci sətrində "milli təhlükəsizlik" sözləri "dövlət təhlükəsizliyi" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə