Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

"Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında

02.08.2017

AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 314

Bakı şəhəri, 2 avqust 2017-ci il

"Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 fevral tarixli 1223 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 avqust tarixli 314 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının strukturuna daxil olmayan tabeliyindəki qurumların

SİYAHISI

1. "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxs.