Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

"Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

02.08.2017

AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 311

Bakı şəhəri, 2 avqust 2017-ci il

"Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya  verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

"Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1314 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərarın icrası ilə bağlı tələb olunan maliyyə vəsaitinin ayrılmasını müəyyən olunmuş qaydada təmin etsin.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 avqust tarixli 311 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda "Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1314 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və şəkər çuğundurunun istehsalçılarına (bundan sonra - istehsalçılar), şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə (bundan sonra - tədarükçülər) təhvil verilmiş genetik modifikasiya olunmamış şəkər çuğundurunun hər tonuna görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi qaydasını müəyyən edir.

1.2. İstehsalçılara tədarükçülərə təhvil verdikləri şəkər çuğundurunun hər tonuna görə 4 (dörd) manat məbləğində subsidiya verilir.

1.3. Subsidiya istehsalçı olan hüquqi şəxslərin hesablaşma hesablarına və fiziki şəxslərin cari (xüsusi kart) hesablarına köçürülməklə ödənilir.

1.4. Şəkər çuğunduru istehsal edən fiziki şəxslərə tədarükçülərə təhvil verdikləri şəkər çuğundurunun hər tonuna görə subsidiyanın verilməsi üçün ödəniş (plastik) kartlarının üç ildən bir hazırlanması xərcləri və onlara göstərilən bank xidmətlərinin dəyəri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməklə, "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları"nın və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarının 7-ci hissəsinə uyğun olaraq həyata keçirilir.

2. Şəkər çuğunduru istehsalçılarına subsidiyanın verilməsinin təşkili

2.1. Rayon (şəhər) üzrə istehsalçılara subsidiyanın verilməsi ilə bağlı işlərin təşkili Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri (bundan sonra - kənd təsərrüfatı idarələri) tərəfindən həyata keçirilir.

2.2. İstehsalçıların tədarükçülərə təhvil verdikləri şəkər çuğundurunun hər tonuna görə subsidiya "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları"nın və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə yaradılmış Respublika Komissiyasının (bundan sonra - Respublika Komissiyası) qərarı əsasında verilir.

2.3. İstehsalçılara subsidiyanın verilməsinin təşkili kənd təsərrüfatı idarəsinin müvəkkil bankla bağladığı müqavilə əsasında həyata keçirilir.

2.4. İstehsalçıların hesablarına subsidiyanın köçürülməsi üçün kənd təsərrüfatı idarəsi Respublika Komissiyasının qərarına əsasən subsidiya veriləcək istehsalçıların siyahısını, bank rekvizitlərini və onlara veriləcək subsidiyanın məbləği barədə məlumatları müvəkkil bankın müəyyən etdiyi formada ona təqdim edir.

2.5. Tədarükçülər onlar haqqında məlumat bazasının formalaşdırılması məqsədi ilə özlərinin adı (hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda şəxsiyyət vəsiqəsinin surəti əlavə edilməklə adı, atasının adı, soyadı), hüquqi və faktiki ünvanları, istehsal gücü, VÖEN-i, telefon və faks nömrələri, elektron poçt ünvanları barədə məlumatları Respublika Komissiyasına təqdim etməlidirlər.

3. İstehsalçılara subsidiyanın verilməsi qaydası və şərtləri

3.1. İstehsalçı subsidiya almaq üçün bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun tərtib etdiyi ərizəsini payızlıq əkinlər üzrə aprelin 10-dək, yazlıq əkinlər üzrə isə iyunun 1-dək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları"na uyğun olaraq yaradılmış kənd ərazi komissiyasına təqdim edir.

3.2. Kənd ərazi komissiyası bu Qaydanın 3.1-ci bəndində qeyd olunan ərizə daxil olduqdan sonra 10 (on) gün müddətində istehsalçının iştirakı ilə torpaq sahəsində şəkər çuğunduru əkininin aparılmasını yerində yoxlayır və bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun 3 (üç) nüsxədən ibarət baxış aktı tərtib edir. Baxış aktının 1 (bir) nüsxəsi istehsalçıya verilir.

3.3. Kənd ərazi komissiyası istehsalçının bu Qaydanın 3.1-ci bəndində qeyd olunan ərizəsinin surətini, baxış aktının 1 (bir) nüsxəsini və bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun tərtib etdiyi icmal siyahını payızlıq əkinlər üzrə aprelin 20-dək, yazlıq əkinlər üzrə iyunun 10-dək kənd təsərrüfatı idarəsinə təqdim edir.

3.4. Kənd təsərrüfatı idarəsi kənd ərazi komissiyalarından daxil olan məlumatları payızlıq əkinlər üzrə 30 (otuz) gün, yazlıq əkinlər üzrə 60 (altmış) gün müddətində təhlil edir və həmin məlumatları kənd ərazi komissiyaları ilə birlikdə dəqiqləşdirir.

3.5. Kənd təsərrüfatı idarəsinin nümayəndəsi şəkər çuğundurunun tədarükçülərə təhvil verilməsi zamanı məhsulun çəkilməsi prosesində iştirak edə bilər.

3.6. Tədarükçülər bu Qaydanın 4 nömrəli əlavəsinə uyğun olaraq tərtib etdikləri icmal siyahıları payızlıq əkinlər üzrə iyulun 10-dək, yazlıq əkinlər üzrə növbəti ilin yanvarın 20-dək kənd təsərrüfatı idarəsinə təqdim edirlər.

 3.7. İstehsalçı təhvil verdiyi şəkər çuğundurunun hər tonuna görə verilən subsidiyanı almaq üçün bu Qaydanın 5 nömrəli əlavəsinə uyğun tərtib etdiyi ərizəsini aşağıda qeyd olunan sənədlər əlavə olunmaqla, payızlıq əkinlər üzrə iyulun 5-dək, yazlıq əkinlər üzrə növbəti ilin yanvarın 15-dək kənd ərazi komissiyasına təqdim edir: 

3.7.1. fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər üçün VÖEN-in surəti;

3.7.2. hüquqi şəxslərin möhürlə və onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq edilmiş bank rekvizitləri;

3.7.3. tədarükçülərə təhvil verilmiş şəkər çuğundurunun alqı-satqısına dair müqavilənin surəti (olduğu təqdirdə);

3.7.4. bu Qaydanın 8 nömrəli əlavəsinə uyğun tərtib edilmiş şəkər çuğundurunun  qəbulu qəbzi.

3.8. Kənd ərazi komissiyası baxılması üçün şəkər çuğunduru istehsalçıları tərəfindən təqdim edilmiş bu Qaydanın 3.7-ci bəndində qeyd olunan sənədləri payızlıq əkinlər üzrə iyulun 10-dək, yazlıq əkinlər üzrə növbəti ilin yanvarın 20-dək kənd təsərrüfatı idarəsinə təqdim edir.

3.9. Kənd təsərrüfatı idarəsi istehsalçılardan daxil olan sənədlərə baxılmanın nəticəsi olaraq,  bu Qaydanın 6 və 7 nömrəli əlavələrinə uyğun 3 (üç) nüsxədən ibarət icmal siyahıları tərtib edir və həmin siyahıların 2 (iki) nüsxəsini payızlıq əkinlər üzrə iyulun 25-dək, yazlıq əkinlər üzrə növbəti ilin fevralın 5-dək Respublika Komissiyasına təqdim edir.

3.10. Respublika Komissiyası bu Qaydanın 3.9-cu bəndinə əsasən təqdim edilmiş icmal siyahılara 15 (on beş) gün müddətində baxır, istehsalçıların tədarükçülərə təhvil verdikləri şəkər çuğundurunun hər tonuna görə subsidiyanın verilməsi barədə qərar qəbul edir və həmin qərarın surətini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, müvafiq kənd təsərrüfatı idarəsinə və müvəkkil banka  göndərir.

3.11. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müvəkkil bank vasitəsilə  payızlıq əkin üzrə avqustun 20-dən, yazlıq əkinlər üzrə növbəti ilin fevralın 25-dən başlayaraq subsidiyanın 30 (otuz) gün müddətində istehsalçıların hesabına köçürülməsini təmin edir.

4. Yekun müddəalar

4.1. Kənd təsərrüfatı idarəsi tədarükçülərə təhvil verdikləri şəkər çuğundurunun hər tonuna görə istehsalçılara dövlət büdcəsinin vəsaiti hesabına verilmiş subsidiyanın məbləği barədə hesabatı Respublika Komissiyasına və müvafiq yerli icra hakimiyyəti orqanına hər il 30 dekabr tarixinədək təqdim edir.

4.2. Respublika Komissiyasının qərarına uyğun olaraq subsidiya verilən istehsalçılara dair elektron məlumatlar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet saytında yerləşdirilir.

4.3. İstehsalçılara dövlət büdcəsindən ayrılmış vəsait hesabına subsidiyanın təyinatı üzrə verilməsinə nəzarət qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4.4. İstehsalçılara dövlət büdcəsindən ayrılmış vəsait hesabına subsidiyanın təyinatı üzrə verilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

4.5. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

"Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası"na

 

1 nömrəli əlavə

 

 

_____________________  rayonunun (şəhərinin)

         

___________________ kənd ərazi komissiyasına

 

 _______________________________________

                                        (istehsalçının hüquqi ünvanı, soyadı, adı, atasının adı,

______________________________  tərəfindən

              hüquqi şəxs olduqda adı)                               

 

 

 

 

Ə R İ Z Ə

 

 

Bildirirəm ki, 20_____ ildə _______hektar sahədə şəkər çuğunduru əkmişəm. Xahiş edirəm, tədarükçülərə təhvil verilən şəkər çuğundurunun hər tonuna görə verilən subsidiyanın alınması ilə əlaqədar becərdiyim sahəyə baxış keçirilməsini təmin edəsiniz.

 

 

_______________________________________

M.Y.                   (imza)

 

_______________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

 

 

Tarix   _____  ________________ 20_____ il

"Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası"na

 

 

2 nömrəli əlavə

 

Əkin sahələrinə baxış haqqında

 

A K T

 

___   _______ 20 ___  il          __________ rayonu ________  kəndi

 

Biz, aşağıdakılar:

______________________________________________________

______________________________________________________

______________________________________________________

______________________________________________________

istehsalçılara tədarükçülərə təhvil verdikləri şəkər çuğundurunun hər tonuna görə verilən subsidiyanın alınması ilə əlaqədar ______________ kənd ərazi komissiyasına müraciət etmiş istehsalçı _____________________________ərizəsində göstərdiyi _________ hektar şəkər çuğundurunun əkin sahəsinə istehsalçının iştirakı ilə baxış keçirərkən, aşağıdakıları müəyyən etdik:

______________________________________________________

(payızlıq və ya yazlıq əkin olması və əkinin sahəsi qeyd edilməli)

______________________________________________________

______________________________________________________

______________________________________________________

 

Akt 3 (üç) nüsxədə tərtib olundu. Onun 1 (bir) nüsxəsi istehsalçıya verilir, 2 (iki) nüsxəsi isə kənd ərazi komissiyasında saxlanılır.

 Aktın doğruluğunu imzalarımızla təsdiq edirik:

_____________    _______________________________________

       (imza)                                         (soyadı, adı, atasının adı, vəzifəsi)

______________________________________________________

______________________________________________________

______________________________________________________

Aktın surətini aldım__________________________________

"Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası"na

 

3 nömrəli əlavə

 

20_____ il ___ ________ tarixinə _________ rayonunun (şəhərinin) ________________________________ kənd ərazi komissiyası üzrə istehsalçıların əkin sahələri barədə

 

M Ə L U M A T

 

Sıra

№-si

İstehsalçının soyadı, adı, atasının adı,

hüquqi şəxsin adı

Əkin sahəsi (ha)

1.

 

 

2.

 

 

3.

 

 

....

 

 

Yekun

 

 

Kənd ərazi komissiyasının sədri   ________  ___________________

                                                     M.Y.   (imza)    (soyadı, adı, atasının adı)

 Üzvləri:                    ________  ___________________________

(vəzifələri                     (imza)                   (soyadı, adı, atasının adı)

göstərilməklə)                                

 

 

"Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası"na

 

4 nömrəli əlavə

 

20___ ilin ____ _______ tarixinə __________ rayonunun (şəhərinin) ____________kənd inzibati ərazi dairəsi üzrə istehsalçılar tərəfindən

______________ təhvil verilmiş şəkər çuğundurunun miqdarına dair

 (tədarükçünün adı)

M Ə L U M A T

 

Sıra

№-si

İstehsalçının

Miqdarı

(ton)

soyadı, adı, atasının adı

FİN-i və ya VÖEN-i

1.

 

 

 

2.

 

 

 

3.

 

 

 

...

 

 

 

Yekun

 

 

 

 

 

____________ _____________________________________

       M.Y.   (imza)                           (vəzifəsi, soyadı, adı, atasının adı)

 

 

 

 

Tarix   _____  ________________ 20_____ il

 

 

"Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası"na

 

5 nömrəli əlavə

 

______________________rayon (şəhər) kənd təsərrüfatı

idarəsinə ______________________________________

        (istehsalçının soyadı, adı, atasının adı, hüquqi şəxs

 _____________________________________ tərəfindən

olduqda adı), FİN-i və ya VÖEN-i)

 

                                          

 

Ə R İ Z Ə

 

Bildirirəm ki, 20 ______ ildə _____ hektar sahədən ______ ton şəkər çuğunduru istehsal edib təhvil vermişəm. Xahiş edirəm təhvil verdiyim şəkər çuğundurunun hər tonuna görə dövlət büdcəsinin vəsaiti hesabına mənə çatacaq subsidiyanın verilməsini müəyyən olunmuş qaydada təmin edəsiniz.

Şəkər çuğundurunun təhvil verilməsinə dair məlumatlar və tələb olunan sənədlər ərizəyə əlavə edilir.

 

Qoşma: ___ vərəq. ___ nüsxə.

 

 

 

_______________  ___­­­___________________________________

M.Y.          (imza)           (istehsalçının və ya onun səlahiyyətli nümayəndəsinin         

                                          soyadı, adı, atasının adı)

 

 

Tarix   _____  ________________ 20_____ il

 

 

Ərizəyə əlavə

 

 

  20___il__ _______ tarixinə _______________________________

                                                            (istehsalçının soyadı, adı, atasının adı,

                                                            hüquqi şəxs  olduqda  adı)

tərəfindən istehsal edilib təhvil verilmiş şəkər çuğundurunun miqdarına dair

 

M Ə L U M A T

 

Sıra

№-si

Əkin sahəsi

(ha)

Miqdarı (ton)

Qiyməti (manat/ton)

Tədarükçünün

Şəkər çuğundurunun qəbulu qəbzinin nömrəsi

soyadı, adı, atasının adı

FİN-i və ya

VÖEN-i

1.

 

 

 

 

 

 

2.

 

 

 

 

 

 

3.

 

 

 

 

 

 

...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

      

_____________  ________________________________________

M.Y.       (imza)        (istehsalçının və ya onun səlahiyyətli nümayəndəsinin  soyadı,                    

                                                                      adı, atasının adı)

 

Tarix   ____  _____________ 20___ __ il


 

"Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası"na

 

6 nömrəli əlavə

 

20__ il ____ _______ tarixinə ____________ rayonunun (şəhərinin) _____________________ kənd ərazi komissiyası üzrə istehsalçılar tərəfindən təhvil verilmiş şəkər çuğundurunun hər tonuna və onlara veriləcək subsidiyanın məbləğinə dair

 

M Ə L U M A T

 

Sıra

№-si

İstehsalçının

Əkin sahəsi (ha)

Miqdarı

(ton)

Subsidiyanın məbləği (manatla)

soyadı, adı, atasının adı

FİN-i və ya VÖEN-i

1.

 

 

 

 

 

2.

 

 

 

 

 

3.

 

 

 

 

 

...

 

 

 

 

 

Yekun

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin _­­____________ rayon (şəhər)

kənd təsərrüfatı idarəsinin rəisi __________   __________________

                                                          M.Y.  (imza)     (soyadı, adı, atasının adı)

 

Mütəxəssislər:                           ________   ____________________

                                                            (imza)         (soyadı, adı, atasının adı)

 

 

"Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası"na

 

7 nömrəli əlavə

 

 20_____  il  ____ _____________ tarixinə ____________________ rayonunun (şəhərinin) kənd ərazi komissiyaları üzrə istehsalçıların sayına, təhvil verdikləri şəkər çuğundurunun miqdarına və onlara ödəniləcək subsidiyanın məbləğinə dair

 

M Ə L U M A T

 

Sıra

№-si

Kənd ərazi komissiyasının adı

İstehsalçıların sayı

Əkin sahəsi (ha)

Miqdarı

(ton)

Subsidiyanın  məbləği (manatla)

1.

 

 

 

 

 

2.

 

 

 

 

 

3.

 

 

 

 

 

...

 

 

 

 

 

Yekun

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin _­­___________ rayon (şəhər)

kənd təsərrüfatı idarəsinin rəisi   _________   __________________

                                                          M.Y.  (imza)     (soyadı, adı, atasının adı)

 

Mütəxəssislər:                           ________   ____________________

                                                            (imza)         (soyadı, adı, atasının adı)

 

 

 

"Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası"na

 

8 nömrəli əlavə

 ______________________________________________________

(şəkər çuğundurunu emal edən hüquqi şəxsin adı, fiziki şəxsin adı, soyadı, atasının adı, VÖEN-i)

 

ŞƏKƏR ÇUĞUNDURUNUN QƏBULU QƏBZİ

 

"____" _____________ 20____ il

  

Şəkər çuğundurunun qəbulu məntəqəsi ______________________

                                                                                  (adı, ünvanı, VÖEN-i)

Şəkər çuğunduru  istehsalçısı ______________________________

                                                           (hüquqi şəxsin adı, fiziki şəxsin adı,

                                                     soyadı, atasının adı)

 

FİN-i və ya VÖEN-i _______________________________

 

Şəkər çuğundurunun əkildiyi ərazi___________________________

                                                     (rayon və kənd)

 

Alqı-satqı müqaviləsi    __________________________                                                                                                 

              (nömrəsi, tarixi)

Şəkər çuğundurunun sortu_______________  

 

Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsi

Brut-to (ton)

Tara

(ton)

Netto

(ton)

Laborato-riya arayışının

nömrəsi

Tullantı payı

(faizlə)

Şəkər çuğundurunun

xalis çəkisi (ton)

1 tonunun

qiyməti

(manatla)

Məbləği

(manat-la)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qəbul etdi ____ ______________ Təhvil verdi_____  ____________

                     (imza)        (adı, soyadı)                                (imza)        (adı, soyadı)

 

Əlavə məlumatlar ________________________________________

                

Ödənilən məbləğ____________________ manat __________ qəpik

                                         (rəqəm və sözlə)

 

Şəkər çuğundurunu qəbul edən

şəxsin səlahiyyətli nümayəndəsi  __________  _________________

                                                           M.Y.      (imza)                 (adı, soyadı)