Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

"Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları"nın və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

02.08.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 312

Bakı şəhəri, 2 avqust 2017-ci il

"Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları"nın və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1314 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları"nın və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 192, № 11, maddə 1184; 2008, № 6, maddə 587; 2010, № 12, maddə 1124; 2012, № 8, maddə 811; 2013, № 7, maddə 882, № 12, maddə 1633; 2014, № 2, maddə 201, № 6, maddə 736, № 8, maddə 1004; 2015, № 1, maddə 60, № 5, maddə 675, № 6, maddə 795, № 8, maddə 968, № 10, maddə 1237, № 12, maddə 1577; 2016, № 5, maddə 955, № 6, maddə 1190, № 12, maddə 2238; 2017, № 3, maddə 507) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci və 6-1-ci hissələrdə "pambıq və tütün" sözləri "pambıq, tütün və şəkər çuğunduru" sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları" üzrə:

2.1. 1.1-ci, 1.2-ci və 1.3-cü bəndlərdə "pambıq və tütün" sözləri "pambıq, tütün və şəkər çuğunduru" sözləri ilə əvəz edilsin;

2.2. Qaydalara 1 nömrəli əlavədə verilmiş "Ərizəyə əlavə"nin "becərilən bitkilər" sütununda "şəkər çuğunduru" sözləri "yonca" sözü ilə əvəz edilsin;

2.3. Qaydalara 5 və 8 nömrəli əlavələrdə verilmiş cədvəllərdə "şəkər çuğunduru" sözləri "yonca" sözü ilə əvəz edilsin.

3. Həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavənin "Respublika Komissiyasının üzvləri" bölməsində "Saleh Şəfayət oğlu Mövlamov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının kənd təsərrüfatı statistikası şöbəsinin müdiri" sözləri "Gündüz Müküş oğlu Məmmədov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının kənd təsərrüfatı statistikası şöbəsi müdirinin müavini" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə