Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

“Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli qərarında dəyişiklik edilməsi barədə

01.08.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 310

Bakı şəhəri, 1 avqust 2017-ci il

"Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli qərarında dəyişiklik edilməsi barədə

  Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2 maddə 115; 2002,  № 11, maddə 675; 2003, № 8, maddə 460; 2005, № 1, maddə 49; 2006, № 9, maddə 822; 2008, № 2, maddə 130, № 5, maddə 432; 2015, № 5, maddə 652, № 8, maddə 961; 2016, № 9, maddə 1554) ilə təsdiq edilmiş "Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları"nın "I. Avtomobil yollarının layihələndirilməsi" bölməsinin 4.9-cu bəndinin 6 nömrəli cədvəli aşağıdakı redaksiyada verilsin:

 

 

Yolun dərəcəsi

Eninə maillik (‰)

 

 

 

 

 

 

 

 

 

yol iqlim zonaları

I

II

III

IV

V

I dərəcəli:

a) hərəkət hissəsinin eninə profili ikimailli olduqda

20

20

25

25

25

b) birmailli profil olduqda:

ayırıcı zolağın yanında birinci və ikinci zolaqlar

20

20

20

25

25

üçüncü və sonrakı zolaqlar

25

25

25

25

25

II - IV dərəcəli

20

20

20

25

25


Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə