Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

“Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisələrin Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 sentyabr tarixli 334 saylı qərarında dəyişikliklər edilməsi barədə

01.08.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 309

Bakı şəhəri, 1 avqust 2017-ci il

"Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisələrin Nümunəvi Əsasnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 sentyabr tarixli  334 saylı qərarında dəyişikliklər edilməsi barədə

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 sentyabr tarixli 334 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında Nümunəvi Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. Adında "müəssisə haqqında Nümunəvi Əsasnamə" sözləri "müəssisələrin Nümunəvi Əsasnaməsi" sözləri ilə əvəz edilsin.

2. 26-34-cü hissələr ləğv edilsin.

3. Aşağıdakı məzmunda 35-1-ci hissə əlavə edilsin:

"35-1. Məktəbdənkənar təhsil müəssisəsinin maliyyələşmə mənbələri aşağıdakılardır:

35-1.1. dövlət büdcəsindən ayrılan vəsaitlər;

35-1.2. büdcədənkənar vəsaitlər;

35-1.3. kreditlər, qrantlar, ianələr;

35-1.4. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.".

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə