Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

25.07.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 304

Bakı şəhəri, 25 iyul 2017-ci il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli  59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1.                Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 134; 2010, № 1, maddə 59; 2012, № 12, maddə 1371; 2013, № 10, maddə 1204, № 12, maddə 1627; 2015, № 5, maddə 659; 2016, № 9, maddə 1585; 2017, № 4, maddələr 620, 643) ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.4-cü bəndin a) yarımbəndinin yeddinci və onuncu abzaslarında, 1.10-cu bənddə, 1.11-ci bəndin birinci və üçüncü abzaslarında, IV hissənin adında, 4.1-ci bəndin birinci və üçüncü abzaslarında, 4.2-ci bənddə, 4.3-cü bəndin birinci abzasında, VIII hissənin adında, 8.2-ci bənddə, 8.5-ci bəndin ikinci və üçüncü abzaslarında, "IX.Xəstəliklər cədvəli yoluxucu və parazitar xəstəliklər"  bölməsinin 1-ci hissəsinin a) yarımbəndinin on səkkizinci abzasında, 2-ci hissənin d) yarımbəndinin ikinci abzasında, 10-cu hissənin c) yarımbəndinin ikinci abzasında, 29-cu hissənin  b) yarımbəndinin doqquzuncu abzasında, 30-cu hissənin üçüncü abzasında və b) yarımbəndinin on ikinci abzasında, 33-cü hissənin b) yarımbəndinin üçüncü abzasında, 42-ci hissənin b) yarımbəndinin beşinci abzasında və ç) yarımbəndinin   ikinci abzasında, 45-ci hissənin ç) yarımbəndinin dördüncü abzasında, 47-ci hissənin b) yarımbəndinin üçüncü abzasında, 49-cu hissənin üçüncü, on birinci və on üçüncü abzaslarında, 56-cı hissənin b) yarımbəndinin onuncu abzasında, 60-cı hissənin c) yarımbəndinin ikinci abzasında,  64-cü hissənin c) yarımbəndinin dördüncü abzasında, 66-cı hissənin c) yarımbəndinin iyirminci abzasında və ç) yarımbəndinin dördüncü abzasında, 68-ci hissənin ç) yarımbəndinin on ikinci abzasında, 73-cü hissənin ç) yarımbəndinin beşinci abzasında, 80-ci hissənin ç) yarımbəndinin yeddinci abzasında, 82-ci hissənin c) yarımbəndinin yeddinci abzasında, 3 nömrəli cədvəl - "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblərin ç) yarımbəndinin "Qeydlər"inin 1-ci hissəsində ismin müvafiq hallarında "hərbi liseylər" sözlərindən sonra ismin müvafiq hallarında "Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi" sözləri əlavə edilsin.

1.2.  3 nömrəli cədvəl - "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər" üzrə:

1.2.1.         ç) yarımbəndinin adı aşağıdakı redaksiyada verilsin:

"ç) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, hərbi liseylərə və Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olanlar";

1.2.2.         ç) yarımbəndinin "Hərbi liseylər" sütunu aşağıdakı redaksiyada verilsin: "Hərbi liseylər, DSX Xüsusi Məktəbi";

1.2.3. ç) yarımbəndinin "Qeydlər"inə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:

"4. Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olan namizədlərə və təhsil alan kursantlara aşağıdakı antropometrik cədvəl şamil edilsin:

Namizədlərin (kursantların) yaşı

Boyu (aşağı olmayaraq)

Çəkisi

1

2

3

10

126 sm

31-35 kq

11

134 sm

34-39 kq

12

137 sm

37-45 kq

13

142 sm

42-50 kq

14

150 sm

47-56 kq

15

152 sm

52-62 kq

16

155 sm

 57-69 kq

 

   

 

 

 

 

 

 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə