Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

18.04.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 156

Bakı şəhəri, 18 aprel 2017-ci il

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 60; 2012, № 5, maddə 484, № 6, maddə 625, № 10, maddə 1008; 2013, № 10, maddə 1230; 2015, № 12, maddə 1561; 2016, № 10, maddə 1701, № 12, maddə 2239) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 2.3-cü bəndində "Prezidenti yanında Təhsil üzrə Komissiya" sözləri "Nazirlər Kabineti" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 62; 2012, № 5, maddə 485, № 10, maddə 1006; 2013, № 10, maddə 1231; 2015, № 12, maddə 1560; 2016, № 4, maddə 821, № 10, maddə 1702, № 12, maddə 2239) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 2.3-cü bəndində "Prezidenti yanında Təhsil üzrə Komissiya" sözləri "Nazirlər Kabineti" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə