Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

"Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı"nın təsdiq edilməsi barədə

06.01.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 1

Bakı şəhəri, 6 yanvar 2017-ci il

"Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı"nın təsdiq edilməsi barədə

"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respub-likasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 yanvar tarixli 1 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların

S İ Y A H I S I

1. Anqila.

2. Antiqua və Barbuda.

3. Aruba.

4. Baham adaları.

5. Beliz.

6. Kuk adaları.

7. Qrenada.

8. Maldiv adaları.

9. Nauru.

10. Antill (Niderland).

11. Panama.

12. Samoa.

13. Sent-Kits və Nevis.

14. Seyşel.

15. Turk və Kaykos.

16. Vanuatu.

17. ABŞ Virgin adaları.