Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

18.09.2017

MƏLUMAT

Sentyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə vitse-prezidenti Siril Mülleri, Cənubi Qadqaz üzrə regional direktoru xanım Mersi Temboru və Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə direktoru Yan Van Bilseni qəbul etmişdir.

Qonaqları salamlayan Baş nazir Artur Rasi-zadə, Dünya Bankı və Azərbaycan arasında əməkdaşlığın 25 illliyi münasibəti ilə təbrik etdi. Keçən müddət ərzində  Azərbaycan Höküməti və Dünya Bankı arasında faydalı əməkdaşlığa görə təşəkkürünü bildirərək, həyata keçirilən layihələrin Azərbaycan iqtisadiyyatında mühüm əhəmiyyətini vurğuladı.

Qəbula görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən Siril Müller geyd etdi ki, onun rəhbərlik etdiyi Avropa və Mərkəzi Asiya regionu üzrə son 25 il ərzində Azərbaycan orta iqtisadi artım tempinə görə ən qabaqcıl ölkədir. Həmçinin, dayanıqlı inkişafa nail olması üçün vacib addımlar atdığını və Dünya Bankı bu fəaliyyətdə növbəti illərdə töhfə verməkdə davam edəcək.

Söhbət zamanı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, aqrar sektorda ixrac potensialının artırılması, qeyri neft sektorunun, kiçik və orta sahibkarlığının inkişafı, turizm potensialının artırılması, yeni iş yerlərinin açılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Nazirlər Kabinetinin

Mətbuat Xidməti