Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

08.09.2017

MƏLUMAT

          Sentyabrın 8-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ATƏT-in Parlament Assambleyasının sədri xanım Kristin Muttoneni qəbul etmişdir.

        Son illər sürətlə inkişaf edən Azərbaycanda iqtisadi durum barədə qonağa ətraflı məlumat verən Baş nazir Artur Rasi-zadə, xüsusən sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm və digər qeyri-neft sahələrində əldə olunan uğurlardan danışdı. Ölkə əhalisinin  sosial problemlərinin həlli ilə yanaşı, respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində  də mühüm rol oynadığına diqqəti yönəldən Baş nazir Avropa İttifaqının bütün müvafiq qurumları ilə, o cümlədən ATƏT-lə də qarşılıqlı faydalı əməkdaşlığa önəm verildiyini vurğuladı. Beynəlxalq və regional təhlükəsizlik barədə söhbət gedərkən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərin artırılaraq real addımlar atılmasının zəruriliyini nəzərə çatdıran Baş nazir, ümumən regionun inkişafına mənfi təsir göstərən bu münaqişənin həllinin uzanmasında işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyinin ATƏT tərəfindən nəzərə alınmasının vacibliyini  söylədi. Artur Rasi-zadə bir daha bəyan etdi ki, münaqişənin həlli yalnız beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında mümkündür.  

      Qəbula görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən ATƏT-in Parlament Assambleyasının sədri xanım Kristin Muttonen ölkəmizin Avropa üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Dağlıq Qarabağ probleminin həllinin yubanmasından narahatlıq ifadə edən qonaq, eyni zamanda münaqişənin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində,  Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyinə dair Baş nazirin fikirlərinə şərikliyini ifadə etdi. Xanım Kristin Muttonen ATƏT-in Azərbaycanla əlaqələrinin bundan sonra daha da təkmilləşdiriləcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. 

     Qəbulda tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi oldu.

 Nazirlər Kabinetinin

Mətbuat Xidməti