Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

18.08.2017

M Ə L U M A T

Avqustun 18-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizə rəsmi səfərə gəlmiş Boliviya Çoxmillətli  Dövlətinin Xarici İşlər naziri Fernando Uanakuni Mamanini  qəbul etmişdir.

Boliviya dövlətinin belə yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana ilk səfərinin ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına təkan verəcəyinə əminlik ifadə edən tərəflər qeyd etdilər ki, iqtisadiyyatın müxtəlif  istiqamətləri üzrə  müştərək fəaliyyət, habelə beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsi xalqlarımızın mənafeyi baxımından faydalıdır.

Beynəlxalq və regional problemlərdən söhbət gedərkən Boliviyalı qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə müfəssəl məlumat çatdıran  Baş nazir Artur Rasi-zadə xüsusi olaraq vurğuladı ki, Ermənistanın təcavüzkar və qeyri-konstruktiv siyasəti, habelə bəzi beynəlxalq qurumların məsələyə ikili standartlarla yanaşması nəticəsində problemin həlli uzanır. 

Boliviya Çoxmillətli  Dövlətinin Xarici İşlər naziri Fernando Uanakuni Mamani Bakıya səfəri çərçivəsində keçirdiyi görüşlər və apardığı danışıqlar barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verərək, ölkəmizlə qarşılıqlı faydalı əlaqələrin inkişafı üçün bütün mövcud potensialdan səmərəli istifadə etmək əzmində olduqlarını nəzərə çatdırdı. Sonda qonaq səmimi qəbula görə minnətdarlığını bildirdi.

Görüşdə bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi oldu.

Nazirlər Kabinetinin

Mətbuat Xidməti