Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

27.07.2017

M Ə L U M A T

            İyulun 27-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mekan İşanquliyevi onun xahişi ilə  qəbul etmişdir.

            Nəzakət ziyarəti zamanı səfir Mekan İşanquliyev Türkmənistanın dövlət və hökumət rəhbərlərinin səmimi salamlarını Azərbaycanın Baş nazirinə yetirdi. Hər iki xalq arasında tarixən yüksək səviyyəli milli-mədəni əlaqələrin olduğunu deyən səfir bu əlaqələrin daha da  dərinləşdirilməsi üçün öz səlahiyyətləri daxilində var qüvvəsi ilə çalışacağını dedi.

            Türkmənistan səfirini yeni şərəfli vəzifəyə təyin olunması münasibətilə təbrik edən Baş nazir Artur Rasi-zadə əlaqələrimizin daha da  möhkəmləndirilməsi üçün kifayət qədər potensialın olduğunu xatırladaraq, iqtisadi-ticari əməkdaşlığın bir çox istiqamətlər  üzrə, xüsusən, energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat və yükdaşımaları  sahəsində, habelə humanitar sferada da geniş imkanların olduğuna diqqəti yönəltdi. Sonda Mekan İşanquliyevə diplomatik fəaliyyətində uğurlar arzulayan Baş nazir Artur Rasi-zadə əmin olduğunu bildirdi ki, səfir Azərbaycanla Türkmənistan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir.

             Qəbulda qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi oldu.

 

Nazirlər Kabinetinin

 Mətbuat Xidməti

 

27.07.2017