Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

07.07.2017

 

 

 M Ə L U M A T

          İyulun 7-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Çin Xalq Respublikasının Milli Neft Şirkəti  CNPC-nin prezidenti Vanq Yilinin başçılığı ilə nümayəndə heyətini qəbul etmişdir.

          Azərbaycanla Çin arasında tarixi dostluq münasibətlərinin olduğunu  xatırladan Baş nazir Artur Rasi-zadə, müasir dövrdə də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyədə davam etdiyini  vurğuladı. Xüsusən beynəlxalq tədbirlərdə hər zaman ölkəmizə dəstək verdiyinə görə Çin hökumətinə təşəkkürünü bildirən Baş nazir, son illərdə iqtisadi-ticarət  sahələrində əməkdaşlığımızın daha da genişləndiyini məmnunluq qeyd etdi. 

          Söhbət zamanı Çin Xalq Respublikasının təklif etdiyi “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində müntəzəm keçirilən “İpək Yolu” zirvə görüşlərinin həm mövcud, həm də yeni layihələr üçün geniş imkanlar açdığı, Azərbaycanın neft-qaz sektorunun da bu təşəbbüsə böyük töhfələr verə biləcəyi qeyd edildi. Belə layihələrdən olan SOCAR GPC layihəsinin strateji əhəmiyyətinə toxunan Baş nazir Artur Rasi-zadə, Azərbaycan hökumətinin Çin investorları və şirktətlərinin ölkəmizlə qarşılıqlı faydalı fəaliyyətini hərtərəfli dəstəkləməyə hazır olduğunu nəzərə çatdırdı.

          ÇXR Milli Neft Şirkəti CNPC-nin prezidenti Vanq Yilin də öz növbəsində  xalqlarımızın mənafeyi baxımından vacib olan mühüm layihələrin həm maliyyələşdirilməsində, həm də icrasında iştirak etməkdə maraqlı olduqlarını dedi.

          Qəbulda qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi oldu.

 

Nazirlər Kabinetinin
Mətbuat Xidməti