Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

30.06.2017

M Ə L U M A T 

 

İyunun 30-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Bney Bris” (Bnai-Brith İnternational) yəhudi təşkilatının prezidenti Hari Saltzmanın başçılığı ilə nümayəndə heyətini qəbul etmişdir.

Səmimilik şəraitində keçən qəbul zamanı ABŞ  ilə Azərbaycan arasında son vaxtlar mövcud  olan xoşməramlı münasibətlər fonunda hərtərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd olundu və bunun üçün böyük potensialın olduğu  vurğulandı. Bildirlidi ki, hələ 19-cu əsrdə yaradılaraq, təkcə Amerika yəhudilərinin deyil, ümumən bəşəriyyətin tərəqqisinə xidmət edən qədim tarixə malik  “Bney Bris” təşkilatı  geosiyasi şərait və iqtisadi potensial baxımından bölgədə mühüm mövqeyi olan, tolerant və multikultural ənənlərə malik Azərbaycanın ABŞ-la  qarşılıqlı faydalı əməkdaşlığının bir çox istiqamətlər üzrə dərinləşdirilməsi üçün əlindən gələn köməyi etməyə hazırdır.

  Müstəqillik illərində respublikamızın əldə etdiyi siyasi, iqtisadi, sosial, hərbi, mədəni uğurlar barədə qonaqlara ətraflı məlumat verən Baş nazir Artur Rasi-zadə ölkəmizin qarşısında duran ən ağrılı problem kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açdı. Bu barədə qonaqlara ətraflı məlumat verən Artur Rasi-zadə, bəzi beynəlxalq qurumlarda  problemin həllinə ikili standartlarla yanaşıldığını da təəssüflə vurğuladı. Baş nazir  problemin yalnız hüquqi normalar çərçivəsində, sərhədlərin toxunulmazlığı və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi prinsipləri əsasında həllinə dair Azərbaycan hökumətinin prinsipial mövqeyini qonaqların nəzərinə çatdırdı. 

 Qəbulda tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

Nazirlər Kabinetinin

Mətbuat Xidməti