Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

14.06.2017

M Ə L U M A T

  İyunun 14-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Gürcüstanın İqtisadiyyat və Davamlı inkişaf naziri Giorgi Qaxarianın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 Azərbaycanla Gürcüstan arasında strateji əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayan Baş nazir Artur Rasi-zadə, bu baxımdan Azərbycan-Gürcüstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyətinin daha da genişləndirilməsinin zərurui olduğunu bildirdi. Ölkələrimiz arasında mövcud əlaqələrin yeni reallıqlar nəzərə alınmaqla davam etdirilməsinin vacibliyini qeyd edən Baş nazir, hər iki dost, qonşu respublikanın dövlət və özəl sektorunda iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə, o cümlədən, energetika, nəqliyyat, ticarət, turizm, kənd təsərrüfatı, humanitar sfera və b. sahələrdə müştərək  layihələrin uğurla həyata keçirilməsinin xalqlarımızın mənafeyinə uyğun gəldiyini dedi. Xüsusən, iri miqyaslı beynəlxalq enerji və nəqliyyat layihələrində birgə fəaliyyətin səmərəliliyini vurğulayan Artur Rasi-zadə, bu əməkdaşlığın təkcə regionun tərəqqisi üçün deyil, eləcə də bütün Avropanın mənafeyi baxımından əhəmiyyətini nəzərə çatdırdı. Baş nazir həmçinin regionun davamlı inkişafı üçün bütün münaqişələrin tezliklə aradan qaldırılmasının, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də hüquq normaları çərçivəsində, ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin zəruriliyini bildirdi.        

 Azərbaycan hökumətinin və xalqının ən çətin məqamlarda qonşu respublikaya əlindən gələn köməyi əsirgəmədiyini məmnuniyyətlə xatırladan Gürcüstanın İqtisadiyyat və Davamlı inkişaf naziri Giorgi Qaxaria, Gürcü xalqının bu təmənnasız dostluq yardımlarını heç zaman unutmayacağını dedi. Bakıya səfəri müddətində keçirdiyi görüşlər və apardığı danışıqlar barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verən Giorgi Qaxaria  azərbaycanlı həmkarları ilə gələcəkdə də müxtəlif layihələr üzrə sıx əməkdaşlıq şəraitində  çalışmaq əzmində olduqlarını qeyd etdi. Sonda o, səfər müddətində göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirdi.

Səmimilik şəraitində keçən qəbulda qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi oldu.  

Nazirlər Kabinetinin

Mətbuat Xidməti