Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

13.02.2017

M Ə L U M A T

    Fevralın 13-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizə rəsmi səfərə gəlmiş Gürcüstan Respublikasının  Xarici İşlər naziri Mixeil Canelidzeni  qəbul etmişdir.

     Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayan Baş nazir Artur Rasi-zadə, son illər həyata keçirilən müştərək layihələrin səmərəli nəticələr verdiyini qeyd etdi. O, uğurlu neft-qaz layihələri ilə yanaşı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin də Azərbaycan və gürcü xalqlarının rifahının yaxşılaşdırılmasına xidmət etdiyini nəzərə çatdırdı. 

     Qədim tarixi dostluq tellərinə malik ölkələrimizin müasir dövrdə etibarlı strateji tərəfdaş olduğunu söyləyən Gürcüstanın Xarici İşlər naziri Mixeil Canelidze, öz ölkəsinin daim Azərbaycanla əlaqələrin inkişafında və möhkəmləndirilməsində maraqlı olduğunu dedi. Birgə həyata keçirilən qlobal layihələrin əhəmiyyətini yüksək dəyərləndirən Mixeil Canelidze onların həm iqtisadi qüdrətimizn artrmasında, həm də dövlət müstəqilliyimizin möhkəmlənməsində mühüm rol oynadığını vurğuladı.

     Beynəlxalq və regional problemlər fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqəti yönəldən Baş nazir Artur Rasi-zadə, bu münaqişənini yalnız  Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyünü qeyd etdi.     

     Səmimilik şəraitində keçən söhbət zamanı hər iki tərəf iqtisadi, siyasi, humanitar sahələrdə birgə əməkdaşlığın təkcə Cənubi Qafqaz regionunun  inkişafı və tərəqqisi üçün deyil, həm də bütün Avropanın mənafeyi baxımından mühüm əhəmiyyət daşıdığını  bildirdilər.

     Qəbulda qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

Nazirlər Kabinetinin

Mətbuat Xidməti