Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

01.12.2016

M Ə L U M A T
Dekabrın 1-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Bosniya və Herseqovinanın Xarici İşlər naziri İqor Çrnadakı qəbul etmişdir.

 Səmimilik şəraitində keçən görüş zamanı qeyd olundu ki, yüksək templərlə inkişaf edən Azərbaycan iqtisadiyyatı Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etməklə yanaşı, həmçinin Bosniya və Herseqovinanın iqtisadi dirçəlişinə də yardım edir.

 Baş nazir Artur Rasi-zadə qonağın bu səfərinin də ölkələrimiz arasında  əlaqələrə, o cümlədən, iqtisadi sahədə əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliyini bildirdi. O, müzakirələr zamanı energetika, sərmayə qoyuluşu, infrastruktur, ticarət, turizm və iqtisadiyyatın digər sahələrində dövlət və özəl sektor təmsilçilərinin müştərək fəaliyyətinin səmərəliliyini nəzərə çatdırdı.  

 Ölkələrimiz arasında əməkdaşlığın beynəlxalq təşkilatlar çərçivəsində daha da genişləndirilməsinin zəruriliyi barədə danışarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan tərəflər bu münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini bir daha qeyd etdilər.

 Qəbula görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən Bosniya və Herseqovinanın Xarici İşlər naziri İqor Çrnadak Bakıda keçirdiyi görüşlər barədə ətraflı məlumat verərək, Azərbaycan ilə bütün sahələrdə, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunda davamlı işbirliyinin qurulmasında maraqlı olduqlarını söylədi. Qonaq  Bosniya və Herseqovinada azərbaycanlı iş adamlarının iştirakı ilə birgə həyata keçirilən layihələrə göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirdi.

 Qəbulda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında da fikir mübadiləsi oldu.

Nazirlər Kabinetinin

Mətbuat Xidməti