Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

03.10.2016

M Ə L U M A T

  Oktyabrın 3-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Latviya Respublikası Seyminin sədri İnara Murnietsenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 Səmimilik şəraitində keçən qəbulda Azərbaycanla Latviya arasında  münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanmış, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsinin zəruriliyi nəzərə çatdırılmışdır. İqtisadiyyatın bir çox sahələrində birgə layihələrin işlənməsi üçün böyük potensialın mövcudluğu bildirilmiş, nəqliyyat, sərnişin və yükdaşımaları, kənd təsərrüfatı, mədəniyyət və digər humanitar sferalarda geniş imkanların olduğu vurğulanmışdır.

 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ətrafında  söhbət gedərkən,  münaqişənin  yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı  prinsipləri əsasında həllinə dair yekdil fikir ifadə edildi.

 Qəbulda Azərbaycanla Latviya arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi oldu.

 Nazirlər Kabinetinin

 Mətbuat Xidməti