Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

30.09.2016

MƏLUMAT

Sentyabrın 30-da Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstanın dövlət katibi Gülşara Abdıkalikovanı qəbul etmişdir.

Baş nazir Artur Rasi-zadə Azərbaycanla Qazaxıstan arasında  münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulamış, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsinin zəruriliyini nəzərə çatdırılmışdır. İqtisadiyyatın bir çox sahələrində birgə layihələrin işlənməsi üçün böyük perspektivlərin mövcudluğunu bildirmiş, energetika, nəqliyyat, sərnişin və yükdaşımaları, kənd təsərrüfatı, mədəniyyət və digər humanitar sferalarda geniş imkanların olduğunu dedi.

Səmimi qəbula görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən Qazaxıstanın dövlət katibi Gülşara Abdıkalikova regionda lider dövlətə çevrilmiş Azərbaycanla əlaqələrə böyük önəm verdiyini, iki ölkə arasında mövcud əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ətrafında  söhbət gedərkən,  münaqişənin  yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı  prinsipləri əsasında həllinə dair yekdil fikir ifadə edildi.

Qəbulda Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi oldu.

 

Nazirlər Kabinetinin

Mətbuat Xidməti