Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

28.09.2016

M Ə L U M A T

 Sentyabrın  28-də Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə  ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurovun başçılığı ilə nümayəndə heyətini  qəbul etmişdir.

Azərbaycanla Tacikistan arasında tarixi əlaqələrin müasir dövrdə də davam etdiyini məmnunluqla vurğulayan Baş nazir Artur Rasi-zadə, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi üçün hər cür imkanların mövcudluğunu nəzərə çatdırdı. O, iqtisadiyyatın bir çox sahələrində, xüsusən energetika, metallurgiya, nəqliyyat, sərnişin və yükdaşımaları, kənd təsərrüfatı, turizm, ticarət, habelə humanitar sferalarda birgə layihələr üçün yaxşı perspektivlərin olduğunu dedi.

Söhbət əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verən Baş nazir Artur Rasi-zadə təəssüflə bildirdi ki, Ermənistanın təcavüzkar siyasəti və bəzi beynəlxalq qurumların məsələyə ikili standartlarla yanaşması nəticəsində münaqişə hələlik həll olunmamış qalır.       

Səmimi qəbula görə nümayəndə heyəti adından Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurov, regionda lider dövlətə çevrilmiş Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında ənənəvi xoş münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğuladı. Bakıda keçirilən görüşlərdən və aparılan danışıqlardan məmnun qaldığını bildirən tacikistanlı qonaq daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq problemin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə tərəfdar olduqlarını nəzərə çatdırdı.

Qəbulda qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

 

Nazirlər Kabinetinin

Mətbuat xidməti