Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

01.07.2016

M Ə L U M A T 

 

 

 İyulun 1-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Ukrayna Baş Nazirinin müavini - Regional inkişaf, tikinti və mənzil-təsərrüfat naziri, iqtisadi əməkdaşlıq  üzrə Ukrayna-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Gennadi Zubkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 Azərbaycanla Ukrayna arasında tarixi dostluq münasibətlərinin mövcudluğunu vurğulayan Baş nazir Artur Rasi-zadə bütün sahələrdə  qarşılıqlı faydalı əlaqələrin  daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğunu nəzərə çatdırdı. Baş nazir qeyd etdi ki, iqtisadiyyatın bir çox sahələri üzrə, xüsusən kənd təsərrüfatı, energetika, maşınqayırma, nəqliyyat, turizm, humanitar  və b. istiqamətlərdə işbirliyi qurmaq baxımından hökümətlərarası müştərək komissiyanın fəaliyyəti xüsusi  əhəmiyyət kəsb edir. 

 Bölgədə lider dövlət olan Azərbaycanla geniş əlaqələrin inkişafına xüsusi maraq göstərdiklərini və səfər çərçivəsində məhsuldar görüşlərin keçirildiyini vurğulayan Ukrayna nümayəndə heyətinin başçısı Gennadi Zubko, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan - Ukrayna hökumətlərarası  komissiyasının Bakıda keçirilən növbəti on birinci iclasının yekunları və qəbul olunan  qərarlar barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verdi. Ukraynalı qonaq ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlığın və təcrübə mübadilələrinin hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə etdi.

 Söhbət zamanı beynəlxalq sülhün və sabitliyin qorunmasının vacibliyinə toxunularkən, Baş nazir Artur Rasi-zadə qonaqların diqqətini Ermənistanın işğalçılıq siyasətinə yönəldərək Dağlıq Qarabağ münaqişəsinin bütün region üçün ağır nəticələr verdiyini diqqətə çatdırdı.

 Qəbulda tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi oldu.

 

Nazirlər Kabinetinin

Mətbuat Xidməti