Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

28.06.2016


M Ə L U M A T

 

 İyunun 28-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının həmsədri Peter Siyartonun rəhbərliyi ilə nümayəndə heyətini qəbul etmişdir.
 

 Azərbaycanla Macarıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyədə olduğunu deyən Baş nazir Artur Rasi-zadə, bütün beynəlxalq tədbirlərdə Macarıstan dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu, onun haqq işini daim dəstəklədiyini minnətdarlıqla vurğuladı. Hər iki dost ölkənin əməkdaşlığı üçün böyük perspektivlərin olduğunu nəzərə çatdıran Baş nazir, Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyada əsasən qeyri-neft sektorunda işbirliyinin yaradılmasına, mədəniyyət, turizm, ticarət, nəqliyyat, aqrar sektor, əczaçılıq və s. sahələrə xüsusi diqqət yetirməyin səmərəli olacağını tövsiyyə etdi.

 Səmimi qəbula görə  təşəkkürünü bildirən Peter Siyarto onunla birgə Bakıya gələn macarıstanlı iş adamlarından ibarət böyük nümayəndə heyəti adından müstəqil Azərbaycan dövlətinin sürətli inkişafını bilavasitə müşahidə etməkdən məmnun olduqlarını ifadə etdi. O daha sonra hökumətlərarası komissiyanın ötən iclasından sonrakı dövr ərzində görülən işlər və növbəti iclasda qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi üçün nəzərdə tutulan müştərək layihələr barədə Baş nazirə məlumat verdi. 

Səmimilik şəraitində keçən görüşdə tərəflər regional və beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsi, bölgədə sülhün, sabitliyin qorunub saxlanması, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi və bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.    


Nazirlər Kabinetinin

Mətbuat Xidməti