Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

14.06.2016

M Ə L U M A T 

 İyunun 14-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan İsveçrə Sərhəd Mühafizə Korpusunun rəisi briqada generalı Yurq Notu qəbul etmişdir.  

 Qəbul zamanı tərəflər arasında sərhəd mühafizəsi sistemində əlaqələrin daha da möhkəmləndirilməsi, birgə əməkdaşlıq üzrə hüquqi bazanın təkmilləşdirilməsi və mütəmadi təcrübə mübadiləsinin təşkili istiqamətində müzakirələr aparıldı.  Avropanın ən inkişaf etmiş ölkələrindən olan İsveçrə ilə Azərbaycanın sərhəd xidmətləri arasında yaxın əməkdaşlıq münasibətlərindən məmnunluq bildirən hər iki tərəf vurğuladı ki,  transsərhəd cinayətkarlıqla mübarizə, xüsusən qeyri-leqal miqrasiya, narkotik maddələrin qaçaqmalçılığı və digər qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün kooordinasiyalı fəaliyyət günün tələbidir.   

 Söhbət zamanı Azərbaycanın Baş naziri Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsinin işğal edildiyi və bir milyondan çox soydaşımızın doğma yurd-yuvasından didərgin düşdüyü barədə qonağa ətraflı məlumat verərək, münaqişənin həlli prosesində bəzən müşahidə olunan ikili standartların mövcudluğunu da təəssüflə qeyd etdi.

 Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin də iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi oldu.

 

Nazirlər Kabinetinin

Mətbuat Xidməti