Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

14.03.2016

M Ə L U M A T 

  Martın 14-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qəbul zamanı Azərbycanla Çexiya arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğu və bu əlaqələrin daha da inkişaf etdirilərək strateji əməkdaşlıq səviyyəsində davam etdirilməsi üçün böyük potensialın mövcudluğu bildirildi.

Səfər çərçivəsində Bakıda keçirdiyi görüşlər barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verən Çexiyalı qonaq, nümayəndə heyətinin tərkibində ölkəmizə gələn iş adamlarının Azərbaycanla hərtərəfli işbirliyinə hazır olduqlarını nəzərə çatdırdı.

Baş nazir Artur Rasi-zadə bir çox istiqamətlər üzrə Azərbaycanın etibarlı tərəfdaşı olan Çexiyanın ölkəmizlə təkcə enerjidaşıyıcıları sahəsində deyil, həmçinin qeyri-neft sektorunda da geniş əməkdaşlıq edə biləcəyini dedi. O, xüsusən maşınqayırma, hərbi-sənaye, bank-maliyyə, kənd təsərrüfatı, humanitar sfera, turizm, infrasttruktur və digər sahələrdə səmərəli fəaliyyət üçün münbit şəraitin olduğunu qeyd etdi.  

Görüşdə qlobal beynəlxalq problemlər fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət gedərkən, Baş nazir Çexiyanın hər zaman ölkəmizin  haqq işini müdafiə etydiyini məmnunluqla xatırlatdı. Tərəflər münaqişənin beynəlxlaq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini vurğuladılar.  

Səmimilik şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

Nazirlər Kabinetinin

Mətbuat Xidməti