Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

07.03.2016

M Ə L U M A T 

 Martın 7-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizə rəsmi səfərə gəlmiş Gürcüstan Respublikasının  Xarici işlər naziri Mixeil Canelidzeni  qəbul etmişdir.

Qəbul zamanı Azərbycanla Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlığın ictima-siyasi, iqtisadi-mədəni sahələrdə yüksək səviyyədə olduğu bildirilərək, əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın mənafeyi naminə bu əlaqələrin müasir dövrdə də qorunub saxlanmasının və inkişaf etdirilməsinin vacibliyi qeyd olundu.

Azərbycan-Gürcüstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının işinin daha intensiv davam etdirlməsinin zəruriliyini, ölkələrimizin energetika, nəqliyyat və b. sahələrdə iri miqyaslı beynəlxalq layihələrdə birgə fəaliyyətin səmərəliliyini qeyd edən tərəflər, bu əməkdaşlığın təkcə regionun inkişafı və tərəqqisi  naminə deyil, eləcə də bütün Avropanın mənafeyi baxımından tarixi əhəmiyyət kəsb etdiyini vurğuladılar.

Görüşdə həmçinin beynəlxalq və regional problemlər kontekstində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də tezliklə mövcud hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin zəruri olduğu bildirildi.   

Sonda Bakıya səfəri çərçivəsində keçirdiyi görüşlər barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verən qonaq məmnunluqla xatırlatdı ki, qədirbilən Gürcü xalqı ən çətin məqamlarda Azərbaycanın göstərdiyi mehriban qonşuluq və dostluq yardımlarını heç zaman unutmayacaqdır. 

Səmimilik şəraitində keçən qəbulda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

Nazirlər Kabinetinin

Mətbuat Xidməti