Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

01.03.2016

M Ə L U M A T

 Martın 1-də Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

  Səmimilik şəraitində keçən görüşdə Azərbaycanla Pakistan arasında tarixən mövcud olan ənənəvi dostluq münasibətlərinin müasir dövrdə çox uğurla inkişaf etdiyi  xatırlanaraq, siyasi, iqtisadi, mədəni sahələrdə strateji tərəfdaşlığımızın səmərəli nəticələr verdiyi məmnunluqla qeyd olundu.

  Bu baxımdan hərbi sahədə də əməkdaşlığın  dərinləşdirilməsinin, hərbi-sənaye və kadr potensialının mövcud  imkanlarından səmərəli istifadə etməklə mütəmadi görüşlərin, təlimlərin və təcrübə mübadilələrinin keçirilməsinin zəruriliyi bildirildi. 

  Söhbət zamanı dünyada gedən qlobal proseslər fonunda regionun sabitliyi üçün  ciddi təhlükə olan Ermənistanın təcavüzkar siyasəti qətiyyətlə pisləndi və Dağlıq Qarabağ münaqişənin həlli prosesində ədalətsizliyin aradan qaldırılaraq münaqişənin hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi  vurğulandı.

  Bütün beynəlxalq tədbirlərdə ölkələrimizin bir birinə dəstək verdiyini məmnunluqla xatırladan qonaq, Pakistan dövlətinin və xalqının bundan sonra  da daim işğalın aradan qaldırılması naminə dost, qardaş Azərbaycanın yanında olacağını nəzərə çatdırdı.   

 Qəbulda qarşılıqlı faydalı əlaqələrimizin daha da genişləndirilməsinə və hərbi əməkdaşlığımızın məqsədyönlü inkişaf etdirilməsinə dair bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

Nazirlər Kabinetinin

 Mətbuat Xidməti