Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

24.02.2016

MƏLUMAT

 Fevralın 24-də Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini - Sərhəd  Xidmətinin direktoru, polkovnik Darxan Dilmanovu qəbul etmişdir.

 Səmimilik şəraitində keçən görüş zamanı Azərbaycanla Qazaxıstan arasında bütün istiqamətlər üzrə əməkdaşlığın səmərəli nəticələr verdiyi vurğulanaraq   qeyd olundu ki, o cümlədən, sərhəd mühafizəsi sistemində də əlaqələrin möhkəmləndirilməsi və xidmətlər arasında mütəmadi təcrübə mübadiləsinin aparılması  ölkələrimizin mənafeyinə uyğundur. Odur ki, səfər çərçivəsində qonaqların Azərbaycan Dövlət Sərhəd Xidmətinin struktur bölmələri, fəaliyyət sahələri, Akademiyası və xüsusi Məktəbi ilə tanışlıq Qazaxıstanlı həmkarları üçün faydalı olacaqdır.   

 Hər iki ölkənin Sərhəd xidmətləri arasında əməkdaşlıq imkanlarına toxunan tərəflər Xəzər dənizində sərhəd təhlükəsizliyi məsələlərində əlaqələri möhkəmləndirərək qeyri-leqal miqrasiyanın, qaçaqmalçılığın və digər qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün birgə əməliyyat-profilaktik tədbirlər keçirməyin səmərəli olacağını vurğuladılar. Bununla yanaşı bildirildi ki, güclü iqtisadi potensiala malik Azərbaycanda Qazaxıstanın Sərhəd xidməti üçün gözətçi gəmilərinin və qayıqların inşası, helikopterlərin və gəmilərin təmiri, Akademiya xətti ilə  mütəxəssislərin hazırlanması, habelə Avropa ilə Asiya arasında mühüm körpü rolu oynayan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə tranzit yüklərin vaxtında və keyfiyyətlə daşınması üçün münbit şəraitin yaradılması qarşıda duran geniş fəaliyyət istiqamətlərindəndir.

 Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin də iştirak etdiyi qəbul zamanı əməkdaşlığın perspektivinə dair tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi oldu.

 

Nazirlər Kabinetinin

Mətbuat Xidməti