Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

16.02.2016

M Ə L U M A T

   Fevralın 16-da Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə ölkəmizə səfərə gəlmiş Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini Bakıtjan Saqıntayevin rəhbərliyi ilə nümayəndə heyətini qəbul etmişdir.  

   Azərbaycanla Qazaxıstan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğunu xatırladan Baş nazir Artur Rasi-zadə birgə iqtisadi, enerji,  nəqliyyat layihələrinin uğurla həyata keçirildiyini və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da davam etdirilməsinin zəruriliyini vurğuladı. O, xüsusən nəqliyyat və energetika istiqamətlərində işbirliyinin genişləndirilməsinin günün tələbi olduğunu nəzərə çatdırdı.   

 Səfər müddətində Bakıda fəaliyyətdə olan və Ələtdə tikilən yeni dəniz limanlarını  gəzərək görülən işlərlə, dəniz nəqliyyatı vasitəsilə ticarət və yüklərin daşınması sahəsində potensial imkanlarla yaxından tanış olduğu barədə ətraflı məlumat verən Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini Bakıtjan Saqıntayev, regionun lider dövlətə çevrilmiş Azərbaycanla əlaqələrə böyük önəm verildiyini, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da intensivləşdirilməsinin labüdlüyü fikrinə şərik olduğunu bildirdi.

 Qəbulda Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi oldu.

Nazirlər Kabinetinin

Mətbuat Xidməti