Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

Baş nazir Artur Rasi-zadə SOCAR-da müşavirə keçirib

08.12.2015

Baş nazir Artur Rasi-zadə SOCAR-da müşavirə keçirib

Dekabrın 6-da Azərbaycan Respublikasının Baş naziri, "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının sədri Artur Rasi-zadə SOCAR-da olub, "Günəşli" yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə əlaqədar müşavirə keçirib.

Müşavirədə Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin qəzanın aradan qaldırılması və itkin düşənlərin axtarışı ilə əlaqədar hesabatları dinlənilib, Baş nazirin sualları cavablandırılıb.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə qəzanın aradan qaldırılması, yanğının söndürülməsi və xilasetmə işlərinin sürətləndirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

AZƏRTAC