Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

02.12.2015

MƏLUMAT

Dekabrın 2-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizə rəsmi səfərə gəlmiş Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşelinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Regionda ümumi vəziyyətin təhlili və əməkdaşlığın müzakirəsi baxımından belə görüşlərin əhəmiyyətini vurğulayan Baş nazir Artur Rasi-zadə, daha sonra Azərbaycan  iqtisadiyyatı barədə qonaqlara ətraflı  məlumat verərək, həyata keçirilən enerji, nəqliyyat və digər iri miqyaslı regional layihələrin əhəmiyyəti barədə danışdı. O qeyd etdi ki, postsovet məkanında ən dinamik inkişaf edən respublikalardan biri olan Azərbaycanla Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlər üzrə, o cümlədən, müdafiə nazirlikləri arasında da davam etdirilməsi günün tələbidir. Odur ki, hər iki ölkənin müdafiə və müdafiə sənayesi, hərbi təhsil və təcrübə mübadiləsi sahələrində faydalı əməkdaşlıq imkanlarından səmərəli istifadə vacibdir.     

Azərbaycan hökumətinin qonşu Gürcü  xalqına və dövlətinə hər zaman dəstək verdiyini minnətdarlıqla xatırladan Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli  Gürcüstanla-Azərbaycan arasında tarixi dostluq və strateji əməkdaşlığın mövcudluğunu  nəzərə almaqla əlaqələrimizin yeni şəraitdə daha da genişləndirilməsinin zəruriliyi fikri ilə razılaşdığını bildirdi.

Söhbət zamanı regionda mövcud problemlərə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan tərəflər bölgədə sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olması, sürətli iqtisadi tərəqqinin təmin edilməsi naminə  münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini nəzərə çatdırdılar.

Qəbulda qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

Nazirlər Kabinetinin

Mətbuat Xidməti