Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

27.11.2015

 

M Ə L U M A T

 Noyabrın 27-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizə rəsmi səfərə gəlmiş Türkiyə Cümhuriyyətinin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul etmişdir. Qonağı səmimi salamlayan Baş nazir Artur Rasi-zadə Mövlud Çavuşoğlunu yüksək dövlət vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, yeni hökumət təsdiq edildikdən sonra ilk xarici rəsmi səfərə Azərbaycana gəlməsindən məmnunluğunu bildirdi.

 Əlaqələrimizin möhkəmlənməsində dövlət başçılarının səmimi dostluq münasibətlərinin xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə çarpdıran Baş nazir, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da bütün sahələr üzrə, o cümlədən, iqtisadiyyat,  mədəniyyət, turizm, ticarət və digər istiqamətlərdə davam  edəcəyini vurğuladı. Həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri, hərbi-siyasi əməkdaşlıq və s. barədə qonaqlara ətraflı məlumat verən Artur Rasi-zadə qardaş ölkənin nüfuzlu nümayəndə heyətinin bu səfərinin də əməkdaşlığımızın perspektivi baxımından faydalı olacağına əminlik ifadə etdi.  

 Türkiyə ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə davam etdiyini  böyük razılıq hissi ilə vurğulayan qonaq tarixi dostluq və qardaşlıq ənənlərinin sarsılmazlığını xatırladaraq, strateji əməkdaşlıq imkanlarının artdığı müasir şəraitdə  ölkələrimiz arasında beynəlxalq və regional müstəvidə işbirliyinin milli maraqlar çərçivəsində daha da genişləndirilməsinin və dərinləşdirilməsinin zəruriliyi firkrinə şərik olduğunu bildirdi.    

 Qəbul zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi, bölgədə sabitliyin qorunub saxlanması, regional və beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

Nazirlər Kabinetinin

Mətbuat Xidməti